
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) sosial media hesablarında paylaşılan məktəblərdə geyim forması ilə bağlı süni intellektlə hazırlanmış video müzakirələrə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, iki hissəyə ayrılmış kadrlarda məktəbli formasının tətbiq olunduğu təhsil müəssisəsi və sərbəst geyim formasının tətbiq olunduğu təhsil müəssisəsi əks olunub.
AzTV-nin “Hansı məktəbdə oxuyardınız? - Seçim sizindir” başlığı ilə paylaşdığı videonun müzakirə yaratmasına isə sərbəst geyim formasının tətbiq olunduğu təhsil müəssisəsi görüntülərində hicablı şagirdlərin əks edilməsi səbəb olub.
Qeyd edək ki, son günlər ölkədə ən çox müzakirə olunan mövzulardan biri təhsil müəssisələrində şagirdlərə və təhsilverənlərə hicabla bağlı qoyulan qadağaya dair iddialardır.
AzTV-nin yaydığı həmin kadrları təqdim edirik:
Tətbiqimizi yükləyə bilərsiniz