Panamada 7,7 bal gücündə zəlzələ oldu


Panamada 7,7 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat verib.
Zəlzələnin episentri Pitalosa Arriba yaşayış məntəqəsindən 12 kilometr cənub-qərbdə yerləşib.
Panama Geologiya Elmləri İnstitutu isə zəlzələnin maqnitudasını 7,2 olaraq qiymətləndirir.
O vaxtdan bəri institut 6,4 bal gücündə daha bir neçə seysmik hadisə barədə məlumat verib.
Zəlzələdən sonra ABŞ Milli Meteorologiya Xidməti sunami xəbərdarlığı elan edib.
“Meksikadan Peruya qədər Amerika qitəsinin qərb hissəsi üçün sunami təhlükəsi var”, - deyə xidmətdən bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top