Ronaldo karyerasının 980-ci qolunu vurdu


“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanı Premyer Liqasında “Əl-Diriyyə”yə qarşı oyunda peşəkar karyerasının 980-ci qolunu vurub.
Yeniavaz.com
xəbər verir ki, Ronaldo 23-cü dəqiqədə hesabı açıb.
Oyun 3:0 hesabı ilə “Əl-Nəsr”in xeyrinə başa çatıb.
Digər qolları Samu Kosta (35) və Kinqsli Koman (77) vurub.
Qeyd edək ki, Ronaldo daha əvvəl Portuqaliya milli komandasını təlim-məşq toplanışının ortasında tərk etmişdi. O, bunun milli komandanın baş məşqçisi Xorxe Jesusun ona verdiyi vədləri iki dəfə pozması ilə bağlı olduğunu iddia etmişdi.
Futbolçu Millətlər Liqasının yeni mövsümünün Uelsə qarşı (1-0) açılış matçında oynamışdı. Daha sonra o, Norveçlə (2-1) oyun üçün ehtiyat oyunçular skamyasında qalmışdı. Futbolçunun özünün də qeyd etdiyi kimi, əvvəlcə həmin matçda oynaması planlaşdırılmırdı, lakin məşqçi ondan 30 dəqiqə hazır olmağı xahiş etmiş və onu isinməyə göndərmişdi. Buna bxmayaraq, Jesus yenidən onu ehtiyat oyunçular skamyasında saxlamışdı.
Xatırladaq ki, Ronaldonun 41 yaşı var. O, beşqat Çempionlar Liqasının, Avropa çempionatının və ikiqat Millətlər Liqasının qalibidir. O, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Kuboku da daxil olmaqla, futbol tarixində ən çox qol rekordlarına sahibdir. O, 2022-ci ilin dekabr ayından bəri “Əl-Nəsr”də oynayır və karyerası ərzində Portuqaliyanın “Sportinq”, İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Real Madrid” və İtaliyanın “Yuventus” komandalarında da oynayıb.
 Ronaldo klublarda 834, milli komandada isə 146 qol vurub.

DİGƏR XƏBƏRLƏR

Top