
ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Truth Social” sosial şəbəkə səhifəsində məlumat verib.
“Mən indicə Rusiya Prezidenti Vladimir Putinlə çox uğurlu bi danışığı başa vurdum“, - deyə o, qeyd edib.
Tramp həmçinin qeyd edib ki, söhbət zamanı Rusiyadan dizel tədarükü müzakirə olunub. O bildirib ki, müqaviləyə əsasən, Rusiya tezliklə noyabr ayında ABŞ-yə və beynəlxalq bazarlara 300 min ton dizel, eləcə də 500 min ton yanacaq tədarük edəcək.
Ağ Ev rəhbəri qeyd edib ki, Rusiya daha sonra əlavə 1 milyon ton xammal ixrac edəcək.
“Bundan əlavə, neft emalı zavodlarının vəziyyətindən asılı olaraq, Rusiya qısa müddət ərzində 3 milyon ton dizel yanacağı tədarük edəcək”, - deyə Tramp qeyd edib.
Qeyd edək ki, oktyabrın 7-də Tramp Putinlə telefon danışığını elan edib. Oktyabrın 9-da Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçıları arasında yaxın gələcəkdə söhbətin planlaşdırıldığını bildirib. Lakin Kremlin mətbuat katibi qeyd edib ki, Rusiya tərəfi Tramp və Putin arasında növbəti telefon danışığının gündəliyini əvvəlcədən açıqlamayacaq.
Tətbiqimizi yükləyə bilərsiniz