
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun növbəti oyunu keçirilib.
Yeniavaz.com xəbər verir ki, “Neftçi” “Sabah”ı qəbul edib.
“Palms Sports Arena”da baş tutan görüş qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.
Bu nəticədən sonra “Neftçi” 16 xalla turnir cədvəlinin ilk pilləsində yer alıb.
Eyni xala malik “Sabah” isə ikinci yerdədir.
Turun bu gün baş tutan açılış matçında “Kəpəz” səfərdə “Araz-Naxçıvan”ı 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, VII tura oktyabrın 11-də yekun vurulacaq.
Tətbiqimizi yükləyə bilərsiniz