
Maykl Ceksonun məşhur “Thriller” klipindəki qırmızı-qara dəri pencəyi "Julien's Auctions" hərrac evində hərraca çıxarılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə hərrac evi məlumat yayıb.
Təşkilatçıların sözlərinə görə, lotun təxmini dəyəri 10 milyon dolları keçib.
Gödəkçə 7 dekabrda “Rosewood Abu Dhabi” otelində keçiriləcək və 9 dekabra qədər davam edəcək “Michael Jackson: The Fashion Legacy” hərracının əsas lotu olacaq.
1983-cü ilin məşhur klipinin çəkilişi üçün bu gödəkçələrdən yalnız iki ədəd hazırlanıb.
İkinci gödəkçə Ceksonun personajının zombi kimi göründüyü səhnələr üçün qəsdən cırılıb və zədələnib. Bu gödəkşə hazırda Rok-n-roll Şöhrət Zalında nümayiş etdirilən müğənninin İrs Fondunda saxlanılır.
Satışa çıxarılan gödəkçə Ceksonun zombi makiyajı olmadan geyindiyi yeganə gödəkçədir.
Dana dərisindən hazırlanmış gödəkçənin daxili astarında qara markerlə yazılmış “To Bush and Dennis All My Love Michael Jackson” yazısı var. Bu detal bu əşyanı xüsusilə dəyərli edir: Cekson gödəkçəni orijinala zərər vermədən naxışlar düzəltdiklərinə görə kostyum dizaynerləri Maykl Buşa və Dennis Tompkinsə təşəkkür olaraq hədiyyə edib.
“Julien's Auctions” şirkətinin həmtəsisçisi və baş direktoru Martin Nolan qarşıdan gələn hərracı unikal bir hadisə adlandırıb.
O, həmçinin qeyd etdi ki, hərrac evi onu Ceksonun “Motown 25”də ilk “ay yerişi” çıxışı zamanı geyindiyi daşlarla bəzədilmiş əlcək və hər biri “pop mədəniyyətini əbədi olaraq dəyişdirən bir anla əlaqəli” digər əşyalarla birlikdə təqdim edir.
Gödəkçədən əlavə, Ceksonun musiqi videosunda və məşqlər zamanı geyindiyi qara “Florsheim” mokasinləri də hərraca çıxarılıb. Onların dəyəri 30 min-50 min dollar arasındadır.
“Motown 25” şousundan “rhinestone” əlcəyin qiyməti 600 min-800 min dollar arasındadır. O, əvvəllər 2009-cu ildə hərraca çıxarılıb və o dövrdə rekord olan 430 min dollara satılıb. “Ay yerişi” zamanı geyindiyi mokasinlərin qiyməti isə 60 min-80 min dollar arasındadır.
Tətbiqimizi yükləyə bilərsiniz