
İran Prezidenti Məsud Pezeşkian təşkilatla Tehran arasında əməkdaşlığı inkişaf etdirmək üçün “MDB+1” formatının yaradılmasını təklif edib.
Yeniavaz.com xəbər verir ki, o bu təsklifi MDB sammitində çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, İran özünü regionun bir-biri ilə əlaqəli coğrafiyasının təbii bir hissəsi kimi görür və bu əlaqə təkcə coğrafi xarakter daşımır, həm də tarix, mədəniyyət və xalqlar arasında təmaslara əsaslanır.
“İran “MDB ölkələri + İran” və ya “MDB + 1” formatında dialoq və əməkdaşlıq üçün çevik və effektiv mexanizm yaratmağı təklif edir”, - İran Prezidenti bildirib.
O əlavə edib ki, bu, tranzit, enerji, ticarət, mədənçilik, investisiya, texnologiya, su ehtiyatları və ətraf mühitin mühafizəsi, turizm, eləcə də elmi və mədəni əlaqələr kimi sahələrdə birgə işlərin inkişafına imkan verəcək.
Tətbiqimizi yükləyə bilərsiniz