Ermənistanda enerji tarifləri aşağı salınıb

Fevralın 1-dən Ermənistanda əhalidən sərf etdiyi elektrik enerjisinə görə daha az haqq tutulacaq. "Yeniavaz.com"un Nevs.am saytına istinadən verdiyi məlumata görə, əhali bu gündən etibarən işlətdiyi elektrik enerjisinə görə 1,22 dram az ödəyəcək. Bununla əlaqədar qərar ötən ilin dekabr ayında Ermənistan ictimai xidmətləri nizamlama komissiyası tərəfindən qəbul edilib. Qərara əsasən əhali gündüz işlətdiyi 1 kilovatsaat elektrik enerjisinə görə, 44,98 dram, axşam saatlarında isə 34,98 dram ödəyəcək. Əhalinin az təminatlı təbəqəsi üçünsə gündüz sərf edilən 1 kilovatsaat elektrik enerjisinə görə daha ucuz 40 dram, axşam saatlarında isə 30 dram haqq təyin edilib. Xatırladaq ki, son 8 ayda Ermənistanda yanacaq enerji daşıyıcılarınn qiyməti ikinci dəfədir aşağı salınır. Qeyd edək ki, Ermənistanda hazırda 1 dollar 486 drama bərabərdir.

DİGƏR XƏBƏRLƏR

Top