Premyer Liqanın məşhur klubu satışa çıxarıldı


“The Friedkin Group” (TFG) şirkəti İngiltərə Premyer Liqasının məşhur “Everton” futbol klubunu satışa çıxarıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“TFG “Everton”un idarəçiliyini öz üzərinə götürəndə, klub həm meydanda, həm də meydandan kənarda ciddi çətinliklərlə üzləşdi. İlk prioritetimiz klubun gələcəyini təmin etmək üçün lazım olan sabitliyi, investisiyanı və yardımı təmin etmək, o cümlədən sadiq azarkeşləri üçün çoxdan vəd edilmiş stadionun tamamlanmasına kömək etmək idi. Artıq bu təməllər etibarlı şəkildə qurulduğundan, “Everton”un inkişafının növbəti mərhələsini nəzərdən keçirmək vaxtıdır. Biz yalnız klubu irəli apara və uğurlarını artıra biləcəyinə inandığımız tərəflərdən gələn təklifləri nəzərdən keçirəcəyik”, - şirkət bildirib.
Qeyd edək ki, “The Friedkin Group” şirkəti “Everton”u 2024-cü ildə satın alıb. Keçən mövsüm komanda İngiltərə Premyer Liqasında 13-cü yeri tutub. Bu mövsüm klub beş oyundan sonra doqquz xalla yeddinci yerdədir.

DİGƏR XƏBƏRLƏR

Top