
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
Onun sözlərinə görə, ABŞ BCM-in amerikalıları mühakimə etməsinə icazə verməyəcək.
”Məhz buna görə də ABŞ bu gün Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir. Biz bu qanunsuz məhkəmə ilə əməliyyatları qadağan edəcəyik, onun resurslarını kəsəcəyik və fəaliyyət qabiliyyətini iflic edəcəyik”, - ABŞ Dövlət Katibiqeyd edib.
Qeyd edək ki, avqust ayında ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin prezidenti Tomoko Akana qarşı məhdudiyyətlər tətbiq edib.
Bundan əlavə, məhkəmənin nümayəndəsi Abdylay Sey də sanksiya siyahısına daxil edilib.
Xatırladaq ki, iyul ayında ABŞ Dövlət Katibi Marko Rubio Vaşinqtonun Beynəlxalq Cinayət Məhkəməsini qanunsuz təşkilat hesab etdiyini bildirmiş, Amerika tərəfinin artıq təşkilatı “nizam-intizama qaytarmaq” üçün addımlar atmağa başladığını əlavə etmişdi.
Bu tip Amerika sanksiyaları, bir qayda olaraq, ABŞ-də qeydiyyatdan keçmiş şirkətlərin məhdudiyyətlərə məruz qalmış təşkilatlarla əməkdaşlıq etməsini qadağan edir. Bu, bank hesablarının bağlanmasına, sığorta təminatına xitam verilməsinə və proqram təminatı xidmətlərinin dayandırılmasına səbəb ola bilər.
Tətbiqimizi yükləyə bilərsiniz