
Türkiyə və Ermənistan xarici işlər nazirləri Ararat Mirzoyan və Hakan Fidan arasında telefon danışığı olub.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, nazirlər Türkiyə və Ermənistan arasında əməkdaşlığı müzakirə ediblər.
Tərəflər arasında həmçinin regional əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Tətbiqimizi yükləyə bilərsiniz