Ruhani: "Trampın dünyada nələrin baş verdiyini öyrənməsi çox vaxt aparacaq"

ABŞ prezidenti Donald Tramp siyasətdə yenidir. O, başqa bir dünyadaydı. Bura onun üçün tamamilə yeni bir mühitdir. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani D. Trampın 7 ölkə - İraq, İran, Yəmən, Liviya, Suriya, Somali və Sudan - vətəndaşlarının ABŞ-a girişini 90 gün müddətinə qadağan etməsi barədə fərmanını şərh edərkən deyib. Onun sözlərinə görə, D. Trampın dünyada nələrin baş verdiyini öyrənməsi çox vaxt aparacaq və bu, ABŞ-a çox baha başa gələcək. Prezident əlavə edib ki, İran D. Trampın fərmanlarına qarşı hüquqi, siyasi və cavab tədbirləri görəcək. Xatırladaq ki, D. Tramp yanvarın 27-də miqrasiya siyasətinin sərtləşdirilməsinə dair bir neçə sənəd imzalayıb. Onlardan biri 7 müsəlman ölkəsindən – İran, İraq, Yəmən, Liviya, Suriya, Somali, Sudan - olan qaçqınların ABŞ-da yerləşdirilməsi proqramının 120 gün müddətinə dayandırılmasını nəzərdə tutur.

DİGƏR XƏBƏRLƏR

Top