
Belarus Prezidenti Aleksandr Lukaşenko MDB Dövlət Başçıları Şurasında Ermənistanın Baş naziri Nikol Paşinyanı məsxərəyə qoyub.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu hal MDB dövlət başçıları üçün fotosessiya zamanı baş verib.
Belə ki, bu zaman Lukaşenko Belarus bayrağının yanındakı Ermənistan bayrağına yaxınlaşan Paşinyana xitabən “O heç yerə getmir” deyə bildirib.
Həmin anları əks etdirən kadrlar Belarus prezidentinin mətbuat xidməti ilə əlaqəli olan teleqram kanalında dərc olunub.
Həmin görüntüləri təqdim edirik:
Tətbiqimizi yükləyə bilərsiniz