Azərbaycanlı hakimin idarə etdiyi oyunu Ermənistan millisi 11:0 uduzdu


UEFA Avropa Çempionatının (U-19) seçmə mərhələsində İrlandiyanın qadınlardan ibarət yığma komandası Bolqarıstanın Albena şəhərində Ermənistan üzərində 11:0 hesablı qələbə qazanıb.
Yeniavaz.com
xəbər verir ki, oktyabrın 7-də baş tutan görüşün ilk hissəsində İrlandiya Ermənistan qapısına cavabsız doqquz qol vurub.
Fasilədən sonra daha iki qol vuran İrlandiya komandası inamlı qələbəyə imza atıb.
Ermənistan isə meydanın rəqibə aid hissəsində ciddi təhlükə yaratmaqda çətinlik çəkib. Oyun ərzində komanda İrlandiya qapısına cəmi iki zərbə endirə bilib.
Qeyd edək ki, görüşü azərbaycanlı FIFA referisi Fəridə Lütfəliyeva idarə edib. Digər hakimimiz Gülnurə Əkbərzadə isə yan xətt hakimi kimi matçda iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top