
Azərbaycan iqtisadiyyatında real sektorun ayrı-ayrı sahələri üzrə artım göstəriciləri açıqlanıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadla xəbər verir ki, ən zəif artım kənd təsərrüfatında qeydə alınıb.
Bu ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı məhsulunun həcmi 11 milyard 905,3 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu sahədə artım 1,1 faiz olub.
Qeyri-neft-qaz sənayesində məhsulun həcmi 16 milyard 558 milyon manat təşkil edib. Ötən dövrlə müqayisədə qeyri-neft-qaz sənayesində 5,4 faizlik artım olub.
Nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin həcmi 12 milyard 816,6 milyon manat olub. Bu sahədə 10 faizlik artım qeydə alınıb.
İnformasiya və rabitə xidmətlərinin həcmi 3 milyard 257,1 milyon manata çatıb. İllik artım göstəricisi 11,1 faiz təşkil edib.
Pərakəndə ticarət dövriyyəsi 50 milyard 774,7 milyon manat olub. Bu sahədə isə 3,8 faiz artım qeydə alınıb.
Əsas kapitala investisiyaların həcmi 14 milyard 688,6 milyon manat təşkil edib. İnvestisiyalar 10,9 faiz artıb. Qeyri-neft-qaz sektorunda əsas kapitala yatırılan investisiyaların həcmi isə 9 milyard 813,4 milyon manat olub və 3,1 faiz artım qeydə alınıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz