Nobel Sülh Mükafatı laureatı bəlli oldu


2026-cı il Nobel Sülh Mükafatı laureatının adı məlum olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsveç Kral Elmlər Akademiyası məlumat yayıb.
Bildirilib ki, Norveç Nobel Komitəsi sülhün və beynəlxalq hüququn təşviqi istiqamətindəki səylərinə görə 2026-cı il Nobel Sülh Mükafatını Navi (Navanethem) Pillaya vermək qərarına gəlib.
Qeyd edək ki, N. Pillay 2008-ci ildən 2014-cü ilə qədər Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı vəzifəsində çalışmış Cənubi Afrika hüquqşünasıdır. Tamil əsilli Cənubi Afrikalı Pillay Cənubi Afrika Ali Məhkəməsinin ilk ağdərili olmayan qadın hakimi olub. O, həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin hakimi və Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalının prezidenti vəzifələrində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top