Paşinyan Azərbaycan dilində mahnı ilə video paylaşdı


Türkmənistanda səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan sosial media hesablarında Azərbaycan dilində səslənən mahnının müşayiəti video paylaşıb.
Yeniavaz.com
xəbər verir ki, sözügedən kadrlarda o, Türkmənbaşı şəhərində velosipedlə yürüşə çıxmasını nümayiş etdirib.
Mahnının sözlərinin Azərbaycan dilində olması Paşinyanın izləyiciləri arasında müzakirələrə səbəb olub.
Qeyd edək ki, “Aram-aram” adlı sözügedən mahnını Zeynəb Həsəni adlı azərbaycanlı ifaçı səsləndirib.
Həmin görüntüləri təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top