Uitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcək – Bu tarixdə


ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner 9 oktyabrda Mayamidə Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, tərəflər Ukraynada yeni nizamlama ideyaları və təkliflərini müzakirə edəcəklər.
“Reuters” agentliyi onların nəyi müzakirə etdiklərini dəqiqləşdirməyib.
Qeyd edək ki, bundan əvvəl “RBK-Ukraina” agentliyi Kiyevi ABŞ-dəki görüşdə Vladimir Zelenskinin ofisinin rəhbəri Kirill Budanov, onun müavini Sergey Kislitsya, Ali Radadakı “Xalqın Xidmətçisi” fraksiyasının lideri David Araxamiya və Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerovun təmsil edəcəyini bildirmişdi.
Agentlik əlavə etmişdi ki, görüşdə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında üçtərəfli görüşün keçirilməsi ehtimalı da müzakirə olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top