
“Real Madrid”in hücumçusu Kilian Mbappe 2027-ci ildə “Liverpul”a keçməyə hazırdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Fransua Qalyardo bildirib.
Onun sözlərinə görə, “Liverpul” artıq hücumçunun anası və agenti Faiza Lamari ilə əlaqə saxlayıb.
Jurnalistin məlumatına görə, İngiltərə Premyer Liqası klubları arasında oyunçunun prioriteti “Liverpul”dur.
Qeyd edək ki, hücumçu PSJ ilə müqaviləsi başa çatdıqdan sonra 2024-cü ilin yayında azad agent kimi Madrid klubuna qoşulub. Onun “Real Madrid”lə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Mbappe “Real Madrid”də 111 oyun keçirib, 94 qol vurub və 14 məhsuldar ötürmə edib.
Xatırladaq ki, sentyabr ayında hücumçu əsas məqsədinin “Qızıl top”u Madrid klubuna qaytarmaq olduğunu bildirmişdi. Belə ki, fransız futbolçu 2026-cı il mükafatına 30 namizəd arasındadır.
Tətbiqimizi yükləyə bilərsiniz