
“Bu gün Cəbrayıl rayonunda ata və oğul mina partlayışı nəticəsində ağır xəsarət alıb. Bu insidentlə 2020-ci il müharibəsi başa çatandan sonra Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
“Bu dəhşətli hadisə minaların günahsız insanların həyatına son qoymaqda və ağır xəsarətlər yetirməkdə davam edən ölümcül və ayrı-seçkilik qoymayan təhlükəsini bir daha nümayiş etdirir.
Azərbaycan minaların yaratdığı davamlı təhlükəni kəskin şəkildə pisləyir və beynəlxalq ictimaiyyəti Azərbaycandakı minadan təmizləmə fəaliyyətinə daha böyük diqqət ayırmağa çağırır”, - deyə paylaşımda bildirilib.
Tətbiqimizi yükləyə bilərsiniz