
“ABŞ 3 noyabrda keçiriləcək ABŞ Konqresinə aralıq seçkilərə qədər İrana zərbə endirmək niyyətində deyil”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə səhifəsində bildirib.
“Hamıya aydın şəkildə bildirmək istəyirəm ki, İran həm iqtisadi, həm də hərbi cəhətdən çox pis vəziyyətdə olsa da, blokada tam qüvvədə qalsa da, neft Hörmüz boğazından rekord həcmdə daşınsa da, 3 noyabrda ABŞ-də keçiriləcək aralıq seçkilərə qədər İrana hücum etməyəcəyik”, - Tramp qeyd edib.
Onun sözlərinə görə, ötən gecə boğazdan 22 milyon barel neft daşınıb və bir barel də olsun İrana və ya İrandan neft getməyib.
Amerika lideri həmçinin İranın heç vaxt nüvə silahının olmayacağına əmin edib.
Tətbiqimizi yükləyə bilərsiniz