
“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda Dortmund “Borussiya”sı ilə Bakıda keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubdan məlumat verilib.
Məlumata görə, bilet qiymətləri 15, 40, 50, 75, 120 və 650 manatdır.
Azərbaycan çempionu Almaniya klubu ilə oktyabrın 20-də Bakı Olimpiya Stadionunda qarşılaşacaq. Görüş saat 20:45-də start götürəcək.
Azarkeşlər matçın biletlərini “iTicket.az”ın internet saytından onlayn əldə edə bilərlər.
Qeyd edək ki, “Sabah”ın ilk ev oyununda qarşılaşacağı “Slaviya” (Çexiya) ilə matça da (13 oktyabr) bilet satışı davam edir.
Tətbiqimizi yükləyə bilərsiniz