ABŞ Maduroya qarşı yeni ittihamlar irəli sürdü


Nyu-Yorkun Cənub Dairəsi üzrə federal məhkəməsinin böyük münsiflər heyəti ABŞ tərəfindən həbs edilən sabiq Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores Maduroya qarşı yeni ittihamlar irəli sürüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi ittiham aktına istinadən məlumat yayıb.
Məlumata görə, onlar işgəncə törətməkdə ittiham olunurlar.
Sənəddə deyilir ki, təqsirləndirilən şəxslər Nikolas Maduro və Siliya Flores qəsdən və bilərəkdən qanun pərdəsi altında başqa bir şəxsə mənəvi və fiziki əzab yetirmək məqsədi daşıyan hərəkətlər təşkil ediblər.
Prokurorluğun iddiasına görə, bu cür hərəkətlərin məqsədlərindən biri siyasi müxalifətin yatırılması və sui-qəsd iştirakçılarının güc və nüfuzunun qorunması olub.
Maduro və Flores işgəncə idttihamından əlavə, daha dörd ittihamla üzləşirlər: avtomatik silah və dağıdıcı qurğu saxlamaqla bağlı iki ittiham, narkotik qaçaqmalçılığı ilə  bağlı bir ittiham, narkoterrorizm məqsədilə sui-qəsdlə bağlı bir ittiham.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Maduroya qarşı başqa məhkəmə proseslərinin davam etdiyini, o cümlədən başqa ittihamların qaldırıldığını bildirmişdi.
Xatırladaq ki, 2026-cı il yanvarın 3-də ABŞ prezident Maduro və həyat yoldaşının Venesueladan təxliyə etmək üçün hərbi əməliyyat keçirib. Əməliyyat üçün rəsmi iddia Maduronun ABŞ-də narkotik qaçaqmalçılığına görə axtarışda olması olub.
Maduro və həyat yoldaşının məhkəməsi 2027-ci il iyunun 1-də keçiriləcək. Əgər münsiflər heyəti onların ABŞ-yə kokain idxalında iştirakını sübut etsələr, onlar ömürlük həbs cəzası ilə üzləşəcəklər.
 

DİGƏR XƏBƏRLƏR

Top