
Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Məlumata görə, DSX Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində oktyabr ayının 6-da həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 1 (bir) nəfər Mərakeş Krallığı vətəndaşı, oktyabrın 7-də isə “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində 2 (iki) nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı Azərbaycandan Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.
Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Tətbiqimizi yükləyə bilərsiniz