Qadın sürücü avtomobili ilə ana və övladının üstündən keçdi – Video


Ötən gün – oktyabrın 7-də Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com
xəbər verir ki, qadın sürücünün idarə etdiyi avtomobil piyada keçidində hərəkət edən qadınla azyaşlı oğlunun üstündən keçib.
Bu zaman ərazidə xidmət aparan yol polisi əməkdaşları operativ müdaxilə edərək xəsarət alan şəxsləri xidməti avtomobillə xəstəxanaya çatdırıblar.
Tibb müəssisəsində hər iki şəxsə təxirəsalınmaz tibbi yardım göstərilməklə həyatları xilas edilib.
Sözügedən anları əks etdirən kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top