Tramp İrana yeni zərbələrin endirilməsi ehtimalını müzakirə edib


ABŞ Prezidenti Donald Tramp və onun milli təhlükəsizlik komandası qarşıdakı həftələrdə, o cümlədən noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərədək İran əleyhinə genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması imkanlarını müzakirə ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə NBC telekanalı öz mənbələrinə istinadla məlumat yayıb.
Telekanalın məlumatına görə, ötən həftə Kemp-Deviddə keçirilən müşavirə zamanı administrasiya nümayəndələri ABŞ-nin İran və Yəmən husilərinə qarşı strategiyasını müzakirə ediblər.
Bildirilib ki, görüşdən sonra amerikalı hərbçilər Trampa mümkün əməliyyatların yeni variantlarını təqdim ediblər, lakin hələlik yekun qərar qəbul edilməyib.
“Vəziyyət iki ssenari üzrə inkişaf edə bilər: asan və ya mürəkkəb. Prezident Trampın əlində bütün üstünlüklər var və o, ABŞ-nin maraqlarına uyğun olan hər şeyi edəcək”, - deyə Ağ Ev nümayəndəsi telekanala bildirib.
NBC qeyd edir ki, genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanmasının mümkün vaxtı hələ dəqiq müəyyənləşdirilməyib. Eyni zamanda, Tramp ABŞ-nin bəzi əsas silah növləri üzrə ehtiyatlarının azalmasını da nəzərə almalı olacaq.
Çərşənbə günü “The Atlantic” jurnalı iki amerikalı mənbəyə istinadla məlumat yayıb ki, Ağ Ev Pentaqona ABŞ-də keçiriləcək aralıq seçkilərədək İrana zərbə endirmək üçün variantlar hazırlamaq tapşırığı verib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İranın obyektlərinə zərbələr endirməyə başlayıb, İran tərəfi isə buna cavab zərbələri ilə qarşılıq verib. İyunun ortalarında Tehran və Vaşinqton hərbi əməliyyatların dayandırılması barədə memorandum imzalayıb, lakin daha sonra tərəflər yenidən qarşılıqlı zərbələr endiriblər. Hazırda münaqişə həll olunmamış olaraq qalır.

DİGƏR XƏBƏRLƏR

Top