Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirildi – Yenilənib + Fotolar


Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevi qarşılayıb.
Sonra tədbirdə iştirak edən dövlət başçıları birgə foto çəkdiriblər.
Görüşü açıq elan edən Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov deyib:
- Hörmətli dövlət başçıları, indi sözü böyük hörmətlə Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə verirəm.
İlham Heydər oğlu, buyurun, söz Sizindir.
Dövlət başçısı tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli Sərdar Qurbanquliyeviç.
Hörmətli dövlət başçıları.
Əziz dostlar.
Əvvəlcə dəvətə və ənənəvi qonaqpərvərliyə görə Türkmənistan Prezidentinə təşəkkürümü bildirirəm.
Yenidən qardaş Türkmənistanda, gözəl Avazada olmaqdan şadam.
Keçən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü oldu. Bu tarixi qərarı yekdilliklə dəstəklədikləri üçün bütün hörmətli həmkarlarıma bir daha təşəkkürümü bildirirəm. Bu baxımdan Türkmənistanın və şəxsən hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun rolunu qeyd etmək istəyirəm. O, ötən ilin avqust ayında məhz burada - Avazada Azərbaycanın bu formatda tamhüquqlu iştirakı təşəbbüsü ilə çıxış etdi.
Son illərdə Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir. Ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib. Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələrimizi daha da gücləndirmək üçün qarşılıqlı niyyətimizi əks etdirir.
Hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi qeyd etmək istərdim. Keçən il onun təməlinin qoyulmasında birlikdə iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə bu hədiyyəsi xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın daha bir təzahürüdür.
Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyətə malikdir. Özbəkistan artıq Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstan Ağdamda Manas adına məktəb inşa edib. Biz bu yardımı çox yüksək qiymətləndiririk.
Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib. Siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı yüksəksəviyyəli səfərlər müntəzəm xarakter alıb. İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar məbləğindədir. Hesab edirəm ki, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün, ilk növbədə, onların potensialından daha fəal şəkildə istifadə olunmalıdır. Biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq.
Əməkdaşlığımızın əsas sahələrindən biri nəqliyyatdır. Xəzər dənizi ölkələrimiz arasında nəqliyyat qarşılıqlı əlaqələrində getdikcə daha vacib rol oynayır. Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox mühüm əhəmiyyətə malikdir. Son illərdə nəqliyyat imkanlarımızı davamlı şəkildə genişləndiririk. Biz nəqliyyat infrastrukturuna, dəniz limanlarının, aeroportların, dəmir və avtomobil yollarının inkişafına böyük sərmayə qoymuşuq. Bu gün Xəzər dənizi vasitəsilə daşımaların həcmlərində əhəmiyyətli dərəcədə artım müşahidə edirik. Ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir. Paralel olaraq, “Rəqəmsal İpək Yolu” layihəsi həyata keçirilir və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişafı üçün işlər görülür. Orta Dəhliz getdikcə daha mühüm əhəmiyyət kəsb edir - keçən il bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb.
Energetika sahəsi əməkdaşlığımızda xüsusi yer tutur. Azərbaycan enerji resurslarının Mərkəzi Asiyadan beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır. Türkmənistan və Qazaxıstandan neft ölkəmiz vasitəsilə nəql olunur və bu daşımaların həcmi artır. Bərpaolunan enerji sahəsində əməkdaşlığımız davamlı olaraq genişlənir. Yaşıl enerji dəhlizi yaratmaq üçün Qazaxıstan və Özbəkistanla birgə iş aparırıq.
Hörmətli həmkarlar, əməkdaşlıq formatımızın geosiyasi əhəmiyyəti təkcə energetika və nəqliyyat sahələrində birgə layihələrlə yekunlaşmır. Ölkələrimizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərimizin təməli, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın gələcək uğurlu inkişafının, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinin təminatıdır.
Diqqətinizə görə təşəkkür edirəm.

x x x

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov deyib:
- Hörmətli İlham Heydər oğlu, məzmunlu və konstruktiv çıxışınıza görə Sizə təşəkkürümü bildirirəm. Türkmənistanla bağlı səsləndirdiyiniz xoş sözlər, verdiyiniz qiymət və irəli sürdüyünüz təkliflər qarşılıqlı əlaqələrimizin gələcək inkişafı, regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.Türkmənistan Azərbaycan Respublikası ilə qardaşlıq münasibətlərinə böyük əhəmiyyət verir və bu münasibətlərin ardıcıl şəkildə möhkəmləndirilməsinə hazırdır. Əminəm ki, çoxtərəfli əməkdaşlığımız Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında mehriban qonşuluq, əməkdaşlıq və qarşılıqlı anlaşma əlaqələrinin daha da möhkəmləndirilməsinə töhfə verəcəkdir. Bir daha məzmunlu çıxışınıza görə Sizə təşəkkür edirəm.
Bu Məşvərət görüşünün ölkələrimizin müstəqilliyinin 35-ci ildönümünün qeyd olunduğu bir ildə keçirildiyini vurğulayan Qazaxıstan Respubllikasının Prezidenti Kasım-Jomart Tokayev bunun xüsusi əhəmiyyət daşıdığını qeyd edərək bildirdi: “Azərbaycan Respublikasının Prezidenti, Məşvərət görüşünün tamhüquqlu iştirakçısı möhtərəm İlham Heydər oğlu Əliyevi xüsusi salamlayıram. Bugünkü görüşümüzün rəmzi əhəmiyyətini də xüsusi vurğulamaq vacibdir. Belə ki, bu görüş ölkələrimizin müstəqilliyinin 35-ci ildönümünün qeyd olunduğu bir ildə keçirilir. Bu illər ərzində biz uzun, mürəkkəb, həqiqətən də keşməkeşli, eyni zamanda, məhsuldar bir yol keçmişik. Bu yol bütöv bir dövrü özündə ehtiva edir. Biz suverenliyimizi möhkəmləndirmişik, inkişaf modellərimizi formalaşdırmışıq və beynəlxalq ictimaiyyətdə layiqli yerimizi tutmuşuq. Bu gün Mərkəzi Asiya və Azərbaycan haqlı olaraq Avrasiyada inkişaf və geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləri hesab olunur. Lakin ən başlıcası odur ki, qardaş xalqlarımızın müdrikliyi və birliyi sayəsində biz sülh və həmrəylik şəraitində yaşayırıq”.
Kasım-Jomart Tokayev görüşdə Mərkəzi Asiya dövlətləri və Azərbaycan tərəfindən süni intellektdən məsuliyyətli istifadəyə dair Bəyannamənin hazırlanmasını təklif edib. Qazaxıstan Prezidenti, həmçinin bildirib ki, təklif olunan bütün tədbirlər regional qarşılıqlı fəaliyyət üçün möhkəm humanitar platformanın formalaşdırılmasına xidmət etməlidir.
“Biz Mərkəzi Asiya və Azərbaycanda keçiriləcək irimiqyaslı mədəniyyət, idman, turizm, elm və digər bu kimi tədbirlərin vahid təqviminin hazırlanmasını təklif edirik. Bu, qarşılıqlı səfərlərin stimullaşdırılmasına, həmçinin birləşdirilmiş turlar çərçivəsində xarici turistlərin cəlb olunmasına imkan verəcək”, - deyə Qazaxıstan Prezidenti vurğulayıb.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov ölkəsinin Mərkəzi Asiya ölkələri və Azərbaycanla əmtəə dövriyyəsinə diqqət çəkərək deyib: “Son dörd il ərzində Qırğızıstanın Mərkəzi Asiya ölkələri və Azərbaycanla əmtəə dövriyyəsi, demək olar ki, iki dəfə artaraq, 2025-ci ilin yekunlarına görə 3,5 milyard ABŞ dolları təşkil edib. 2025-ci ildə beş dövlətdən ölkəmizə yatırılan investisiyaların həcmi 140 milyon ABŞ dollarından çox olub”.
Mərkəzi Asiya və Azərbaycanın vahid elektron ticarət platformasının yaradılmasını təklif edən Sadır Japarov bildirib: “Beləliklə, istehlakçıların və biznes subyektlərinin region ölkələrində buraxılan məhsullara daha geniş çıxışını təmin etmiş olarıq. Hər bir ölkənin özünəməxsus milli məhsullarını nəzərə alaraq, bu platforma regional məhsulların geniş çeşidini vahid məkanda birləşdirə və onların təşviqi üçün yeni imkanlar yarada bilər”.
Qırğızıstan Prezidenti vurğulayıb ki, ölkələrimiz bir-birini tamamlayan böyük turizm potensialına malikdir.
“Tarixi şəhərlər, dağ və Xəzəryanı marşrutlar, zəngin mədəni irs Mərkəzi Asiya və Azərbaycanın səyahətlər üçün cəlbedici məkan olması istiqamətində təbliğat səylərimizi birləşdirməyə imkan verir. “Bir səyahət – bir neçə ölkə” prinsipi əsasında əməkdaşlığın inkişaf etdirilməsini, görməli yerlərimizin birgə turizm marşrutları vasitəsilə əlaqələndirilməsini təklif edirik”, - deyə Prezident Sadır Japarov qeyd edib.
Qırğızıstan Prezidenti 2027-ci ildə Məşvərət Görüşünə ilk dəfə sədrlik etməsi münasibətilə Azərbaycana təbriklərini çatdıraraq deyib: “İcazə verin, hörmətli İlham Heydər oğlunu Azərbaycan Respublikasının 2027-ci ildə Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə ilk dəfə sədrlik etməsi münasibətilə səmimi-qəlbdən təbrik edim. Əminəm ki, Azərbaycanın sədrliyi birgə fəaliyyətimizə və qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafına yeni təkan verəcək. Qırğız Respublikası zəruri dəstəyi sərgiləməyə və Azərbaycanın sədrliyinin prioritetlərinin uğurla həyata keçirilməsinə kömək göstərməyə hazırdır”.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon görüşün və birgə görüləcək işlərin əhəmiyyətindən danışaraq deyib: “Mərkəzi Asiya və Azərbaycan daha sıx iqtisadi, nəqliyyat və enerji əməkdaşlığına keçid üçün əhəmiyyətli potensiala malikdir. Bu baxımdan, xüsusi diqqət yetirilməsinə layiq bir sıra aktual istiqamətləri qeyd etmək istərdim. İlk növbədə, sənaye kooperasiyasının gücləndirilməsini vurğulamaq istərdim. Ölkələrimizin əhəmiyyətli resurs potensialı var. Bu isə birgə müəssisələrin, sənaye komplekslərinin yaradılması və təbii ehtiyatların emalının həyata keçirilməsi üçün geniş imkanlar açır”.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev gələn il Xivə şəhərində “Mərkəzi Asiya - Azərbaycan” biznes forumunun keçirilməsini təklif edərək deyib: “Bu gün keçirilən görüşümüz xüsusi əhəmiyyət daşıyır. İlk dəfədir ki, görüşümüz qardaş Azərbaycanla birlikdə keçirilir. İlham Heydər oğlunu bu görüşümüzdə salamlayıram.
“Altı iqtisadiyyat – bir məhsul” formulu qarşıya qoymalı olduğumuz məqsədi yaxşı ifadə edir. Bir neçə ölkənin müəssisələri vahid istehsal zəncirində iştirak etdikdə, məhsul birgə yaradıldıqda iqtisadiyyatlarımız arasında tamamilə fərqli əlaqələr formalaşır. Bu əlaqələr adi əmtəə mübadiləsindən daha möhkəm və dayanıqlı olur. Bu istiqamətdə işlərin inkişaf etdirilməsi məqsədilə 2027-ci ildə qədim Xivə şəhərində “Mərkəzi Asiya - Azərbaycan” biznes forumunun keçirilməsini təklif edirik”.
Azərbaycanı sədrlik münasibətilə təbrik edən Şavkat Mirziyoyev bildirib: “Fürsətdən istifadə edərək, Azərbaycanı Məşvərət görüşləri çərçivəsində sədrliyi qəbul etməsi münasibətilə təbrik edirəm. Əminəm ki, Azərbaycan tərəfinin rəhbərliyi ilə formatımız çərçivəsində görülən işlərə əlavə təkan veriləcək, qardaşlıq əməkdaşlığımız isə birlik, etimad və həmrəyliyin möhkəmləndirilməsinə xidmət edəcək”.

***14:09 
Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib.
Yeniavaz.com
xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı:
- Hörmətli Sərdar Qurbanquliyeviç.
Hörmətli dövlət başçıları.
Əziz dostlar.
Əvvəlcə dəvətə və ənənəvi qonaqpərvərliyə görə Türkmənistan Prezidentinə təşəkkürümü bildirirəm.
Yenidən qardaş Türkmənistanda, gözəl Avazada olmaqdan şadam.
Keçən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü oldu. Bu tarixi qərarı yekdilliklə dəstəklədikləri üçün bütün hörmətli həmkarlarıma bir daha təşəkkürümü bildirirəm. Bu baxımdan Türkmənistanın və şəxsən hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun rolunu qeyd etmək istəyirəm. O, ötən ilin avqust ayında məhz burada - Avazada Azərbaycanın bu formatda tamhüquqlu iştirakı təşəbbüsü ilə çıxış etdi.
Son illərdə Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir. Ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib. Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələrimizi daha da gücləndirmək üçün qarşılıqlı niyyətimizi əks etdirir.
Hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi qeyd etmək istərdim. Keçən il onun təməlinin qoyulmasında birlikdə iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə bu hədiyyəsi xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın daha bir təzahürüdür.
Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyətə malikdir. Özbəkistan artıq Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstan Ağdamda Manas adına məktəb inşa edib. Biz bu yardımı çox yüksək qiymətləndiririk.
Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib. Siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı yüksəksəviyyəli səfərlər müntəzəm xarakter alıb. İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar məbləğindədir. Hesab edirəm ki, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün, ilk növbədə, onların potensialından daha fəal şəkildə istifadə olunmalıdır. Biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq.
Əməkdaşlığımızın əsas sahələrindən biri nəqliyyatdır. Xəzər dənizi ölkələrimiz arasında nəqliyyat qarşılıqlı əlaqələrində getdikcə daha vacib rol oynayır. Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox mühüm əhəmiyyətə malikdir. Son illərdə nəqliyyat imkanlarımızı davamlı şəkildə genişləndiririk. Biz nəqliyyat infrastrukturuna, dəniz limanlarının, aeroportların, dəmir və avtomobil yollarının inkişafına böyük sərmayə qoymuşuq. Bu gün Xəzər dənizi vasitəsilə daşımaların həcmlərində əhəmiyyətli dərəcədə artım müşahidə edirik. Ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir. Paralel olaraq, “Rəqəmsal İpək Yolu” layihəsi həyata keçirilir və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişafı üçün işlər görülür. Orta Dəhliz getdikcə daha mühüm əhəmiyyət kəsb edir - keçən il bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb.
Energetika sahəsi əməkdaşlığımızda xüsusi yer tutur. Azərbaycan enerji resurslarının Mərkəzi Asiyadan beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır. Türkmənistan və Qazaxıstandan neft ölkəmiz vasitəsilə nəql olunur və bu daşımaların həcmi artır. Bərpaolunan enerji sahəsində əməkdaşlığımız davamlı olaraq genişlənir. Yaşıl enerji dəhlizi yaratmaq üçün Qazaxıstan və Özbəkistanla birgə iş aparırıq.
Hörmətli həmkarlar, əməkdaşlıq formatımızın geosiyasi əhəmiyyəti təkcə energetika və nəqliyyat sahələrində birgə layihələrlə yekunlaşmır. Ölkələrimizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərimizin təməli, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın gələcək uğurlu inkişafının, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinin təminatıdır.
Diqqətinizə görə təşəkkür edirəm.

***10:36
Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir.
Yeniavaz.com
xəbər verir ki, dövlət başçısı İlham Əliyev tədbirdə çıxış edib.






DİGƏR XƏBƏRLƏR

Top