
Asiya ölkələrində yüksək enerji xərcləri və qlobal iqtisadi qeyri-müəyyənlik davam etsə də, regionda iqtisadi artımın nisbətən sabit qalacağı gözlənilir.
Yeniavaz.com xəbər verir ki, Asiya İnkişaf Bankının (AİB) 2026-cı ilin sentyabrında açıqladığı proqnoza əsasən, inkişaf etməkdə olan Asiya və Sakit Okean iqtisadiyyatlarının 2026-cı ildə orta hesabla 5 faiz böyüməsi gözlənilir.
AİB-in məlumatlarına əsasən, 18 seçilmiş Asiya iqtisadiyyatı arasında ən yüksək artım Tayvanda qeydə alınacaq. Ölkə üzrə real ÜDM artımının 11 faiz olacağı proqnozlaşdırılır.
İkinci yerdə 8,9 faizlə Qırğızıstan, üçüncü yerdə isə 7,8 faizlə Vyetnam qərarlaşıb.
Tacikistan, Özbəkistan və Hindistan iqtisadiyyatlarının hər birinin 7 faiz böyüməsi gözlənilir. Butan üçün bu göstərici 6,5 faiz, Gürcüstan və Türkmənistan üçün isə 6,3 faizdir.
Tayvanın yüksək artımında süni intellekt texnologiyalarına qlobal tələbat və yarımkeçirici ixracının artması əsas amillərdən biri kimi göstərilir.
Vyetnamda iqtisadi artımın istehsal, ixrac və daxili tələbat hesabına dəstəklənəcəyi gözlənilir. Hindistanda isə investisiyalar və xidmət ixracı əsas artım amilləri arasında göstərilir.
Mərkəzi Asiya ölkələrində də yüksək artım proqnozlaşdırılır. Qırğızıstanla yanaşı, Tacikistan və Özbəkistanın iqtisadiyyatlarının 7 faiz böyüməsi gözlənilir.
2026-cı il üzrə real ÜDM-nin ən çox artacağı proqnozlaşdırılan ölkələr aşağıdakı kimi olub:
Tayvan – 11 faiz
Qırğızıstan – 8,9 faiz
Vyetnam – 7,8 faiz
Tacikistan – 7 faiz
Özbəkistan – 7 faiz
Hindistan – 7 faiz
Butan – 6,5 faiz
Gürcüstan – 6,3 faiz
Türkmənistan – 6,3 faiz
Monqolustan – 5,7 faiz
İndoneziya – 5,2 faiz
Ermənistan – 5 faiz
Sinqapur – 5 faiz
Malayziya – 4,9 faiz
Qazaxıstan – 4,8 faiz
Çin – 4,6 faiz
Honkonq – 4,2 faiz
Şri-Lanka – 4 faiz
Onu da bildirək ki, AİB Azərbaycanın 2026-cı il üçün ÜDM artımı proqnozunu 2 faizdən 1,6 faizə endirib.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz