
Türkiyənin İstanbul vilayətinin Maltepe rayonunda 7 mərtəbəli binanın aşağıdakı 3 mərtəbəsi çöküb.
Yeniavaz.com “BirGün”ə istinadla xəbər verir ki, yuxarı mərtəbələrdə qalan insanlar axtarış-xilasetmə qruplarının müdaxiləsi ilə təxliyə ediliblər.
Hazırda çökən 3 mərtəbənin dağıntıları arasında axtarış-xilasetmə işləri davam etdirilir.
İstanbul Valiliyinin açıqlamasında bildirilib ki, hadisə yerli vaxtıa 05:40-da (Bakı vaxtı ilə 06:40) meydana gəlib.
Tətbiqimizi yükləyə bilərsiniz