Ronaldodan Messinin vida məktubuna reaksiya: “Səni qucaqlayıram”


Portuqaliya millisinin hücumşusu Kriştianu Ronaldo Messinin “İnstaqram” səhifəsindəki milli komanda ilə vida matçına həsr olunmuş məktubuna münasibət bildirib.
Yeniavaz.com
xəbər verir ki, Ronaldo Messinin Argentina millisində yaratdığı tarixin əbədi yaşayacağını qeyd edib.
“Leo, sən uzun illər ölkən uğrunda mübarizə apardın. Sənin Argentina millisində yaratdığın tarix əbədi yaşayacaq. Argentina millisi ilə qazandığın hər şeyə görə hörmətimi bildirirəm. Səni qucaqlayıram”, - Ronaldo bildirib.
Qeyd edək ki, 7 oktyabr gecəsi Messi Argentina millisində son oyununu keçirib. Beninlə oyun 3-0 hesabı ilə Argentinanın xeyrinə başa çatıb. Messi oyunda bir qol vurub və iki məhsuldar ötürmə edib. O, 71-ci dəqiqədə penaltı zərbəsini dəqiq yerinə yetirib. Digər qolları Nikolas Otamendi və Niko Pas reallaşdırıb.
31 avqustda Messi rəsmi olaraq Argentina millisindən ayrıldığını elan edib.
Xatırladaq ki, 39 yaşlı Messi 2023-cü ildən Amerika Böyük Liqasının (MLS) “İnter Mayami” komandasında çıxış edir. Avropada argentinalı futbolçu PSJ və “Barselona” komandalarında oynayıb, onlarla birlikdə dörd dəfə Çempionlar Liqasını, üç dəfə UEFA Super Kubokunu və üç dəfə FIFA Klublararası Dünya Kubokunu qazanıb. Hücumçu FIFA Dünya Kuboku çempionu (2022), Olimpiya çempionu (2008) və iki dəfə Amerika Kuboku qalibidir (2021, 2024). O, ən çox “Qızıl Top” mükafatının (səkkiz) sahibidir.
Messi Argentina millisində 208 oyun keçirib və 126 qol vurub. O, millinin hər iki qol rekorduna sahibdir. Hücumçu altı Dünya Kubokunda iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top