
Günəş aktivliyinin artması ilə əlaqədar Yer kürəsində maqnit qasırğası gözlənilir.
Yenavaz.com xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Məlumata görə, dünən günortadan sonra Günəş tərəfindən atılan plazma buludunun Yerə çatması təxminən üç gün çəkəcək.
Alimlər qeyd ediblər ki, maqnit qasırğası 10 saatdan 12 saata qədər davam edəcək və G1-G2 səviyyəsinə çatacaq.
Alimlər əlavə ediblər ki, Günəşdəki aktiv sahılərin artımı dayanıb və müşahidə olunan alışmaların gücü azalıb.
Qeyd edək ki, bir gün əvvəl Günəş Astronomiyası Laboratoriyasının alimləri plazma buludlarının Yerə doğru hərəkət etdiyini bildirmişdilər.
Onlar çərşənbə axşamı iki M sinifli Günəş partlayışının baş verdiyini və nəticədə, Yer kürəsinə kifayət qədər böyük plazma buludlarının atıldığını qeyd etmişdilər.
Tətbiqimizi yükləyə bilərsiniz