Fransada etirazlar zamanı ən azı 6600 nəfər saxlanılıb


Fransada məktəbli etirazları zamanı 6629 nəfər saxlanılıb.
Yeniavaz.com
BFMTV telekanalına istinadla xəbər verir ki, bu barədə Fransa daxili işlər naziri Loran Nunyes məlumat verib.
Çərşənbə axşamı etibarilə nazir etirazlarda 761 polis məmuru və jandarmın, eləcə də 215 məktəblinin və 89 məktəb işçisinin yaralandığını bildirib.
Fransa məktəblilərinin kütləvi etirazları hüquq-mühafizə orqanları ilə toqquşmalar, yanğınlar və dağıntılarla müşayiət olunub.
Həm etirazçıların, həm də polis məmurlarının yaralandığı bir sıra hadisələrdən sonra hakimiyyət orqanları təhlükəsizlik tədbirlərini gücləndirib.
Qeyd edək ki, etirazlar Fransa ırazisində yüzlərlə təhsil müəssisəsinə təsir göstərib.
Hakimiyyət orqanları eyni zamanda şagirdlərin və işçilərin təhlükəsizliyini təmin etməyə və gələcək iğtişaşların qarşısını almağa çalışır.

DİGƏR XƏBƏRLƏR

Top