
8 oktyabr saat 20:00-dan etibarən Sabunçu rayonunda Yeni Ramana küçəsinin Asif Əsədullayev küçəsi ilə kəsişməsindən Yeni Suraxanı dairəsinədək olan hissəsində təmir işləri aparılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
Məlumata görə, təmir işləri ilə əlaqədar qeyd olunan yol hissəsində nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.
Sürücülərdən qeyd olunan hissədə sıxlıq yaranmasın deyə əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
Tətbiqimizi yükləyə bilərsiniz