
ABŞ ordusu İranla münaqişənin başlanğıcından bəri 25 hərbi təyyarə, 49 dron və 7 helikopter itirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat ABŞ Konqresi Tədqiqat Xidmətinin yeni hesabatında öz əksini tapıb.
Sənədə görə, xüsusilə, döyüş əməliyyatları zamanı və dostcasına atəş nəticəsində 15 “F-15E Strike Eagle” qırıcısı, bir “F-35C Lightning II” beşinci nəsil qırıcısı və iki “A-10 Thunderbolt II” hücum təyyarəsi məhv edilib.
Bundan əlavə, İranla münaqişə başlayandan bəri ABŞ Silahlı Qüvvələrinin yeddi “KC-135 Stratotanker” yanacaq tankeri, bir “EC-3 Sentry AWACS” radilokasiya təyyarəsi və bir MC-130J hava dəstək təyyarəsi sıradan çıxarılıb.
ABŞ Silahlı Qüvvələri İrana qarşı əməliyyatlar zamanı ən azı 45 “MQ-9 Reaper” kəşfiyyat və hücum dronunu, üç MQ-1 çoxməqsədli PUA-sını və bir “MQ-4C Triton” dəniz kəşfiyyat dronunu itirib.
Vertolyot donanmasında isə yeddi hücum və çoxməqsədli vertolyot itkisi olub.
Hesabatda həmçinin, qeyd olunur ki, sentyabr ayında Konqresin Büdcə İdarəsi Pentaqonun məlumatlarına istinadla məhv edilmiş ABŞ hərbi texnikasının dəyərini (1 avqust tarixinə olan məlumata görə) 1,9 milyard dollarla 3,3 milyard dollar arasında qiymətləndirib.
Tətbiqimizi yükləyə bilərsiniz