"Banklar ötən ili necə başa vurdu?" - ŞƏRH


"IV rübün bitməsindən 1 ay ötdü. Qanunvericiliyə əsasən banklar saytlarında rübün maliyyə nəticələrini əks etdirən hesabatlarını dərc etməli idi. Lakin 32 bankdan yalnız 17-i hesabatı açıqlayıb" "Yeniavaz.com" xəbər verir ki, bu barədə bank sektoru üzrə ekspert,hüquqşünas Əkrəm Həsənov bildirib. Ekspert bildirib ki. ötən il bağlanan banklar da hesabatlarını daim gizlədirdilər: "Buna görə də hesabatı gizlədən banka qətiyyən etibar etmək, orada pul saxlamaq olmaz. Düzdür, hesabatı açıqlayan banka da etimad şərtidir, çünki Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə bəzi banklar hesabatları təhrif edilmiş şəkildə təqdim edir. Məsələn, hesabatı açıqlayan və guya mənfəətlə işlədiyini bəyan edən ele bank tanıyıram ki, aylarda əmanətləri qaytara bilmir! Hər bir halda bankların reklamına inanmayın. Ay nə bilim, kapitalı artırdıq, bunu etdik, ona nail olduq və s. Hamısı boş şeydir, əgər bank hesabatını gizlədirsə. Ötən ilin III rübündən sonra Maliyyə Bazarlarına Nəzarət Palatası bəyanat verdi ki, banklara sərt göstəriş verilib və bundan sonra hesabatlarını vaxtında açıqlayacaqlar. Düzdür, ötən rüblə müqayisədə hesabatı açıqlayan bankların sayı 10-dan 17-ə çatıb. Amma bu, yenə də o deməkdir ki, Palata indiyədək bütün bankların hesabatlarının açıqlanmasına nail ola bilməyib. Belə adi bir şeyin öhdəsindən gələ bilməyən Palata digər problemləri necə həll edəcək?!"

Ekspert daha sonra əlavə edib ki, təsnifat 4 qrupdan ibarətdir:

1) hesabatı müntəzəm gizlədənlər,

2) hesabatı ilk dəfə açıqlamayanlar,

3) açıqlanan hesabata əsasən zərərlə işləyənlər;

4) açıqlanan hesabata əsasən mənfəətlə işləyənlər.

I qrup – hesabatlarını müntəzəm gizlədən və bununla da qanunvericiliyi kobud şəkildə pozan 12 bank: Accessbank, Bank VTB, Bank BTB, Dəmirbank, Günaybank, Muğanbank, Naxçıvanbank, Pakistan Milli Bankının Bakı filialı, Rabitəbank və XalqBank. Bunlar ən etibarsız banklardır. Bu qrupa həmçinin Azərbaycan Beynəlxalq Bankı və AzərTürkbank da aiddir. Lakin bu iki bank dövlət bankı olduğu üçün və dövlət vətəndaşların oradakı vəsaitinə təminatçı olduğu üçün qanun pozuntusu olan hesabatın açıqlanmaması onların etibarsızlığına dəlalət etmir. Hər bir halda görünən odur ki, bu iki bankın rəhbərliyi artıq neçənci dəfədir dəyişir, amma hesabatlar açıqlanmır ki, açıqlanmır.

II qrup – hesabatlarını ilk dəfə açıqlamayan 3 bank: Caspian Development Bank, YapiKrediBank və AFB Bank. Ötən rübün nəticələrinə əsasən vəziyyətləri pis deyildi. Yəqin kəskin pisləşib.

III qrup – açıqlanan hesabata əsasən zərərlə (manatla) işləyən 8 bank:
1. Turanbank – 1,4 mln-a yaxın zərər.
2. Unibank – 3 mln-a yaxın zərər.
3. Amrahbank – 8 mln-dan çox zərər.
4. NBC Bank – 10,5 mln-dan çox zərər.
5. Bank Melli İran Bakı filialı – 30 mln-a yaxın zərər.
6. Bank Respublika – 34 mln-dan çox zərər.
7. AGBank – 60 mln-dan çox zərər.
8. Nikoyl Bank – 148,5 mln. zərər.

IV qrup – açıqlanan hesabata əsasən xalis mənfəətlə (manatla) işləyən 9 bank (bu mənfəət əsasən devalvasiya hesabına əmələ gəlib):
1. PaşaBank – 69 mln-dan çox mənfəət.
2. KapitalBank – 52 mln-dan çox mənfəət.
3. Bank of Baku – 20 mln-a yaxın mənfəət.
4. Azərbaycan Sənaye Bankı – 17 mln-a yaxın mənfəət.
5. Ziraat Bank – təxmini 9 mln-dan çox mənfəət.
6. Bank Silk Way – 3 mln-dan çox mənfəət.
7. Bank Avrasiya – 2 mln-dan çox mənfəət.
8. AtaBank – 1 mln-dan çox mənfəət.
9. Expressbank – 1 mln-dan çox mənfəət.

DİGƏR XƏBƏRLƏR

Top