Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yerləşdirə bilər


Türkiyə Ər-Riyad və İslamabadla birgə müdafiə müqaviləsinin bir hissəsi olaraq Məkkə sazişi çərçivəsində Səudiyyə Ərəbistanında hərbi baza yerləşdirə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Türkiye” qəzeti məlumat yayıb.  
Nəşrin məlumatına görə, ölkədə Türkiyə bazasının yaradılması gündəmdədir. Əgər bu baş verərsə, Türkiyə ordusu 110 ildən sonra yenidən Məkkəni müdafiə edəəcək.
Nəşr əlavə edib ki, Türkiyə, o cümlədən qısa və orta mənzilli hava hücumundan müdafiə sistemlərindən istifadə etməklə, Səudiyyə Ərəbistanının dörd strateji əhəmiyyətli qaz və enerji obyektinin müdafiəsində iştirak edə bilər.
Türkiyə kontingentinin sayının, bölmələrinin tərkibinin və yerləşdirilmə yerlərinin yaxın günlərdə müəyyənləşdirilməsi gözlənilir.
Türkiyə hərbi kontingentinin göndərilməsi barədə qərarı respublikanın parlamenti qəbul etməlidir. Bu barədə qərarın isə oktyabrda qəbul ediləcəyi gözlənilir.
Türkiyə artıq Səudiyyə Ərəbistanına 200-dən çox hərbi mütəxəssis göndərib, həmçinin, elektron müharibə sistemləri, yerüstü və zenit-raket sistemləri ilə təchiz edib.
Ankara Yəməndə hücum əməliyyatları keçirməyi planlaşdırmasa da, onun ordusuna taktiki, strateji və lojistik dəstək verə bilər.

DİGƏR XƏBƏRLƏR

Top