Montella Türkiyə millisindən gedir


Türkiyə Futbol Federasiyası (TFF) Türkiyə milli komandasının baş məşqçisi Vinçenzo Montellanı istefaya göndərmək qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Milliyet” qəzeti məlumat yayıb .
Məlumata görə, əvvəllər Montellanı dəstəkləyən TFF rəhbərliyi komandanın Millətlər Liqasındakı çıxışından məyus olub.
Belə ki, Türkiyə millisi dörd oyundan dörd məğlubiyyətlə ayrılıb.
Komanda iki dəfə İtaliyaya (1:4; 1:3), hərəyə bir dəfə isə Fransa (0:1) və Belçikaya (0:3) məğlub olub.
Məlumata görə, 52 yaşlı italiyalı mütəxəssisə qarşıdakı beş ay ərzində maaşına bərabər kompensasiya (təxminən 915 000 avro) ödəniləcək.
Qeyd edək ki, Montella 2023-cü ilin sentyabr ayından Türkiyə milli komandasına rəhbərlik edir. Komanda 2026-cı il dünya çempionatında pley-offa vəsiqə qazana bilməyib və qrupunda sonuncu yerlə kifayətlənib.
Ümumilikdə, italiyalı mütəxəssisin rəhbərliyi altında Türkiyə millsi 21 oyunda qalib gəlib, 5 oyunda heç-heçə edib, 14 oyunda məğlub olub.

DİGƏR XƏBƏRLƏR

Top