"Azərbaycan Gürcüstan və Ermənistanla müqayisədə Çinlə ticarət imkanlarından daha az bəhrələnib"

"2000-2015-ci illərdə Azərbaycan 2 qonşusu - Gürcüstan və Ermənistanla müqayisədə Çinlə ticarət imkanlarından daha az bəhrələnib". "Yeniavaz.com" xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. İqtisadçı-ekspert Rusiya EA-nın İqtisadiyyat İnstitutunun Çinin postsovet məkanına iqtisadi ekspansiyası ilə bağlı apardığı tədqiqata istinadən bildirir ki, 2000-2015-ci illərdə Azərbaycanın Çinə ticarət dövriyyəsi 28 mln. USD-dən 564 mln. USD-yə yüksəlib - artım 20 dəfə: "Həmin dövrdə Gürcüstanın Çinlə ticarət dövriyyəsi isə 3.8 mln. USD-dən 705 mln. USD-yə genişlənib - artım 185 dəfə.
15 ildə Ermənistanın Çinlə ticarət dövriyyəsinin 50.5 dəfə genişləndiyi vurğulanır. Məlumat üçün deyim deyim ki, 2016-cı ildə Azərbaycanın Çinə ixracı 5 dəfəyədək genişlənib və 53 mln. USD-dən 271 mln. USD-yə çatıb. Lakin bu artım Çin bazarına xam neft ixracının kəskin genişlənməsi ilə bağlı olub. İllik statistika açıqlanmayıb, amma 9 ayın nəticəsinə görə Çinə ixracımızın 98%-ni xam neft və neft mənşəli məhsul (mazutdan alınan ilkin formalı polietilen) təşkil edib. Yəni faktiki olaraq bu nəhəng bazara neftdənkənar əmtəələr təklif edə bilmirik. Amma məsələn, Gürcüstanın şərab ixracının 40%-dən çoxu artıq Çin bazarına gedir".

DİGƏR XƏBƏRLƏR

Top