Qızılları müsadirə edərək bazar dəyərindən 53% ucuz satışa çıxardılar – Fotolar


16 adda qızıl-zinət əşyası hərrac vasitəsilə satışa çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan zinət əşyalarının 9-u 583 əyar, 7-si isə 585 əyar qızıldan ibarətdir.
Satışa çıxarılan qızıl-zinət əşyalarının ümumi çəkisi 74,9 qrama bərabərdir. Minimum satış qiyməti 8 min 149 manat 12 qəpik müəyyən edilib. Bu isə o deməkdir ki, hərrac vasitəsilə satışa çıxarılan qızılın bir qramı alıcılara orta hesabla 108 manat 80 qəpiyə təklif olunur.
Qeyd edək ki, hazırda pərakəndə satış mağazalarında 583 və 585 əyar qızıldan hazırlanan zinət əşyalarının bir qramının satış qiyməti 165 manatdan başlayır.
Bu məlumatlardan da göründüyü kimi, müsadirə olunaraq hərraca çıxarılan qızıl-zinət əşyası bazar dəyərindən 53% ucuz təklif edilir.







Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top