Azərbaycanda bitkiçilik məhsulları üzrə özünütəminetmə səviyyəsi azalıb


Son 7 ildə Azərbaycanda bir sıra bitkiçilik məhsulları üzrə özünütəminetmə səviyyəsində azalma qeydə alınıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadla xəbər verir ki, dənli bitkilər üzrə ümumi özünütəminetmə səviyyəsi 2018-ci ildəki 74,1%-dən 2024-cü ildə 68,4%-ə düşüb.
Beləliklə, göstərici 5,7 faiz bəndi azalıb.
Ən ciddi geriləmələrdən biri buğda üzrə müşahidə olunub. Bu məhsul üzrə özünütəminetmə səviyyəsi 64,8%-dən 56,1%-ə enib. Bu, 8,7 faiz bəndi azalma deməkdir.
Arpa üzrə göstərici 103,1%-dən 94,6%-ə, qarğıdalı üzrə 82,7%-dən 77,4%-ə, vələmir üzrə isə 89,2%-dən 77,5%-ə düşüb.
Paxlalılar üzrə də azalma var. 2018-ci ildə 72% təşkil edən göstərici 2024-cü ildə 65,1%-ə düşüb.
Kartof üzrə dəyişiklik nisbətən az olub: özünütəminetmə səviyyəsi 90,8%-dən 88,8%-ə enib. Tərəvəzlər üzrə isə göstərici 115%-dən 105,8%-ə düşüb. Pomidor üzrə də 138%-dən 119,7%-ə azalma qeydə alınıb.
Qoz və fındıq üzrə göstərici 130%-dən 126,1%-ə, üzüm üzrə isə 92,5%-dən 89,4%-ə geriləyib.
Bununla yanaşı, bəzi məhsullar üzrə özünütəminetmə səviyyəsi yüksəlib. Meyvə və giləmeyvə üzrə göstərici 123,2%-dən 128,5%-ə, bostan məhsulları üzrə 99,7%-dən 101,7%-ə yüksəlib.


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top