“Azərbaycan əleyhinə paylaşım edənlərin cavabları verilməlidir” – Video


Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ öz sosial media hesablarında videomüraciət yayaraq son vaxtlar Azərbaycana əleyhinə aparılan kampaniyaları tənqid edib.
Yeniavaz.com
xəbər verir ki, o, bunun araxsında üçüncü ölkələrin kəşfiyyat xidmətlərinin dayandığını bildirib.
“Son günlər sosial şəbəkələrdə Azərbaycanı, eləcə də Türkiyə-Azərbaycan münasibətlərini hədəf alan mütəşəkkil bir hücum kampaniyası həyata keçirilir. Bəzi trol və təxribatçılar tərəfindən qardaş Azərbaycana yönələn çox ağır hücum kampaniyası gedir. Bu hücumların arxasında hansı ölkələrin kəşfiyyat təşkilatlarının dayandığını təxmin edirik”, - deyə Özdağ bildirib.
O qeyd edib ki, türkiyəlilərin Azərbaycana olan baxışına Azərbaycanın digər dövlətlərlə olan münasibətləri təsir etməməlidir:
“Azərbaycanı İsraillə olan münasibətlərinə görə tənqid etmək haqqımız yoxdur. Digər tərəfdən bu haqlı bir tənqid də deyil”.
Ü. Özdağ, həmçinin sosial şəbəkələrdə Azərbaycanı təhqir edən hesabların bağlanmalı olduğunu, Azərbaycan əleyhinə paylaşım edənlərin isə cavablarının verilməli olduğunu deyib.

DİGƏR XƏBƏRLƏR

Top