Messi Argentina millisi ilə vidalaşdı...


Səkkizqat “Qızıl top” mükafatının sahibi Lionel Messi Argentina milli komandasının heyətində vida matçına çıxıb.
Yeniavaz.com
xəbər verir ki, Messi Beninə qarşı keçirilən matçda bir qol vurub və iki məhsuldar ötürmə edib.
O, bütün matçı meydanda keçirib, Nikolas Otamendiyə (48-ci dəqiqə) və Niko Paza (61-ci dəqiqə) məhsuldar ötürmələr edib. Hücumçu 71-ci dəqiqədə penaltidən qol vurub.
Hakim Argentina milli komandasındakı karyerasının böyük bir hissəsində 10 nömrəli formanı geyinən Messinin şərəfinə matçı 10-cu dəqiqədə bir müddətlik dayandırıb. Bu zaman stadionda Messi ayaq üstə alqışlanıb və Benin oyunçuları onun əlini sıxıblar.
Argentina Buenos-Ayresdə Benini 3-0 hesabı ilə məğlub edib.
“Bu formanı 20 il geyinmək inanılmaz bir qürur idi. Sahib olduğum hər şeyi verdim. Bütün ömrüm boyu oynamaq istərdim, amma başa düşürəm ki, bu fəsil bitdi”, - matçdan sonra göz yaşlarını saxlaya bilməyən Messi deyib.
Qeyd edək ki, 39 yaşlı Messi 2023-cü ildən Şimali Amerika Böyük Liqasının (MLS) “İnter Mayami” komandasında oynayır. Avropada argentinalı futbolçu Fransanın PSJ və İspaniyanın “Barselona” klublarında oynayıb, onlarla birlikdə dörd dəfə Çempionlar Liqasını, hər biri üç dəfə olmaqla UEFA Super Kubokunu və Klublararası Dünya Kubokunu qazanıb. Hücumçu Dünya Çempionu (2022), iki dəfə Dünya Kubokunun ikincisi (2014, 2026), Olimpiya çempionu (2008) və Amerika Kubokunun ikiqat qalibidir (2021, 2024). Messi tarixdə ən çox “Qızıl Top” mükafatına sahib olan futbolçudur.
O, Argentina millisində 208 oyun keçirib və 126 qol vurub.

DİGƏR XƏBƏRLƏR

Top