Ronaldo Portuqaliya millisindəki karyerasını davam etdirəcək


Hücumçu Kriştianu Ronaldo Portuqaliya milli futbol komandasında karyerasını davam etdirəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə insayder, jurnalist Fabritsio Romano “Facebook” sosial şəbəkə səhifəsində məlumat verib.
Onun sözlərinə görə, futbolçu noyabr ayında milli komandaya çağırılmaq üçün hazır olacaq.
Portuqaliya 14 noyabrda evdə Danimarka, 17 noyabrda isə səfərdə Uelslə qarşılaşacaq.
Hər iki oyun Millətlər Liqasında keçiriləcək.
Qeyd edək ki, daha əvvəl Ronaldo Millətlər Liqasının qrup mərhələsinin üçüncü turunda Danimarkaya qarşı (4-2) oyundan əvvəl Portuqaliya millisindən ayrıldığını bildirmişdi. Hücumçu qərarının səbəblərini gələcəkdə izah edəcəyini qeyd etmişdi.
Xatırladaq ki, Ronaldonun 41 yaşı var. O, beşqat Çempionlar Liqasının, Avropa çempionatının və ikiqat Millətlər Liqasının qalibidir. O, milli komandada ən çox qol vuran oyunçu (146 qol), həmçinin mili komanda ilə ən şox oyun keçirən futbolçudur (234 oyun).
 O, 2022-ci ilin dekabr ayından bəri Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda oynayır. Hücumçu karyerası ərzində Portuqaliyanın “Sportinq”, İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Real Madrid” və İtaliyanın “Yuventus” klublarında da oynayıb.
Ronaldo karyerasında 979 qol vurub ki, bunlardan 146-sı milli komandasında, 833-ü isə klubunda olub.

DİGƏR XƏBƏRLƏR

Top