
Şimali Kiprin Girne şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 24-ə çatıb.
Yeniavaz.com “TRT Haber”ə istinadla xəbər verir ki, axtarış-xilasetmə əməliyyatları nəticəsində batan gəmidə itkin düşənlərdən daha birinin meyiti tapılıb.
Bununla da qəza nəticəsində ölənlərin sayı 24-ə çatıb. Hazırda 4 nəfər itkin düşmüş hesab olunur.
Telekanalın məlumatına görə, meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün DNT analizinə başlanılıb.
Qeyd edək ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərindən 2,5 km məsafədə 267 nəfəri daşıyan gəmi batıb. Gəmidə olanlardan 239 nəfər xilas edilib.
Tətbiqimizi yükləyə bilərsiniz