
Oktyabrın 7-də Avropa İttifaqı (Aİ) rəsmilərinin Rusiya hərbi-sənaye kompleksinin bir hissəsi olan təxminən 1650 Rusiya fiziki və hüquqi şəxsinə qarşı sanksiyaları təsdiqləməsi gözlənilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi Aİ diplomatlarına istinadla məlumat verib.
Agentliyin məlumatına görə, bu, Ukraynada münaqişənin başlamasından bəri ən böyük sanksiya siyahısı olacaq.
Aİ səfirləri tərəfindən təsdiqləndikdən sonra siyahı yekun təsdiq üçün 12 oktyabrda Aİ xarici işlər nazirlərinə göndəriləcək.
Agentlik yazır ki, reyestrə daxil edilənlərdən təxminən 1570-i Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli fiziki və hüquqi şəxslərdir və onların yarıdan çoxu raket istehsalında iştirak edir.
Tətbiqimizi yükləyə bilərsiniz