"Bakı Metropoliteni" hava şəraiti ilə əlaqədar xüsusi qərargah yaradıb

"Bakı Metropoliteni" QSC-də qarlı hava şəraiti ilə əlaqədar xüsusi qərargah yaradılıb. Bunu "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, bu qərargahın əsas vəzifəsi yerüstü depodan çıxan və depoya qayıdan qatarların yollarında hər buzlanmadan və qar örtüyü olmaması üçün problemlərin və maneələrin arada qaldırılmasıdır. "Bu qərargah hazırda da fəaliyyət göstərir. Gecədən artıq həm depo yolunda (üstüaçıq ərazi), həm də bütün stansiyaların giriş-çıxışları təmizlənir. Qarın intensiv yağması nəticəsində bəzi stansiyaların giriş-çıxışlarında yenidən qarın olması mümkündür. Buna baxmayaraq, briqadalar öz işini davam etdirir. Bu tədbirlər gün ərzində də davam etdiriləcək". Onun sözlərinə görə, qarlı-buzlu havalarda sərnişinlər avtobus və şəxsi nəqliyyatdan istifadə etmədikləri üçün metrodan daha çox istifadə edirlər.

DİGƏR XƏBƏRLƏR

Top