Rafinya “Barselona” ilə müqaviləsini uzatdı


Braziliyalı futbolçu Rafinya İspaniyanın “Barselona” klubu ilə yeni müqavilə imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə insayder, jurnalist Fabritsio Romano “X” sosial şəbəkə səhifəsində məlumat verib.
Məlumata görə, müqavilə 2030-cu ilə qədər qüvvədədir.
Qeyd edək ki, 29 yaşlı Rafinya 2022-ci ildən bəri “Barselona”da oynayır. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilə qədərdir. Braziliyalı kataloniyalılarla üç İspaniya liqa titulunu, bir İspaniya Super Kubokunu və bir Kral Kubokunu qazanıb. O, 2024/25 mövsümündə Çempionlar Liqasının ən çox qol vuran oyunçusu olub. Rafinya əvvəllər “Sportinq” (Portuqaliya), “Renn” (Fransa) və “Lids Yunayted” (İngiltərə) klublarında oynayıb.

DİGƏR XƏBƏRLƏR

Top