Yeni akula növü kəşf edildi


Cənub-qərbi Hind okeanında, Mavrikiya sahillərinin dərin sularında yeni akula növü kəşf edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “IFLScience” portalı məlumat yayıb.
Portalın məlumatına görə, yeni növ “Etmopterus bulbosus” adlandırılıb.
Alimlər bu ad üçün akulanın böyük, qabarcıqlı burnundan ilham alıblar.
Yeni növün yalnız bir nümunəsi məlumdur. O, ov zamanı 400-500 metr dərinlikdə aşkar edilib.
“Etmopterus” cinsi olduqca çoxsaylıdır və oxşar morfoloji xüsusiyyətləri olan yaxın qohumların qruplaşdığı 43 məlum növü əhatə edir.
Alimlər qeyd edirlər ki, yeni növ “E. pusillus clade” növünə aiddir. Ancaq müəlliflər yeni növün dəri dişciklərinin oxşarlığı ilə əlaqədar “E. sentosus” növünə aid olduğunu qeyd edirlər.
Müəlliflər həmçinin qeyd edirlər ki, tutulan dişi balıq burnundan quyruğuna qədər 21,5 santimetr təşkil edir. 
Balıq qəhvəyi-qara rəngə qarşı bir az da bənövşəyi rəngə malikdir.
Bu akulaların əksəriyyəti ovlanma dərinliyindən daha dərinlikdə yaşadıqları üçün balıq ovunun mənfi təsirlərindən mühafizə olunurlar.

DİGƏR XƏBƏRLƏR

Top