Rəşid Məmmədəliyev dünya üçüncüsü oldu


Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Yeniavaz.com
xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız üçüncü yer uğrunda görüşdə Braziliya təmsilçisi Daniel Karninlə qarşılaşıb.
Rəqibinə qalib gələn Məmmədəliyev dünya üçüncüsü olub.
Bu gün mübarizəyə qoşulan digər cüdoçular - Hidayət Heydərov (73 kiloqram) 1/8, Xədicə Qədəşova (57 kiloqram) 1/32 finalda rəqiblərinə məğlub olaraq turnirlə vidalaşıblar.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Yarışın ilk günündə Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kiloqram) dünya çempionu olub.

DİGƏR XƏBƏRLƏR

Top