ABŞ-də bu xəstəliyə görə fövqəladə vəziyyət elan edildi


ABŞ-nin Nyu-York ştatının qubernatoru Keti Hokul ştat ərazisində qızılcaya yoluxma hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat qubernatorun rəsmi saytında öz əksini tapıb.  
Məlumata görə, fövqəladə vəziyyət rejiminin bir hissəsi olaraq, hakimiyyət orqanları qızılca peyvəndləri və diaqnostik testlər aparmaq üçün əlavə tibb işçiləri cəlb etməyi planlaşdırır.
Məlumata görə, ilin əvvəlindən ştatda 108 yoluxma hadisəsi qeydə alınıb. Onlardan 92-si 15 iyuldan sonrakı dövrün payına düşüb.
Digər tərəfdən, qonşu Pensilvaniya ştatında 977 yoluxma qeydə alınıb ki, bunların böyük hissəsi Nyu-Yorkla sərhəd dairələrdə baş verib.
Qubernatorun əmri həmçinin hər bir qızılca, parotit və məxmərək peyvəndi barədə 72 saat ərzində ştat və ya Nyu-York şəhər immunizasiya reyestrinə məlumat verilməsini tələb edir.

DİGƏR XƏBƏRLƏR

Top